Rusiya XİN-in binasında telefon xətləri işləmir

Region
  • 07 iyun, 2019
  • 07:24
Rusiya XİN-in binasında telefon xətləri işləmir

Rusiya Xarici İşlər Nazirliyinin binasında telefon xətləri işləmir.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün “Facebook” səhifəsində yazıb.

O, zəng etmək istəyənlərə xəbərdarlıq edərək bildirib ki, nazirliyin binasına gələn telefon xətləri zədələnib: “Hazırda təmir işlər görülür. İşlər ixtisaslaşmış təşkilat tərəfindən aparılır”.