Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Region
  • 28 oktyabr, 2017
  • 20:33
Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Bakı. 29 oktyabr. REPORT.AZ/ Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu gün axşam baş tutan telefon söhbətində Türkiyə və Rusiya arasında ikitərəfli münasibətlər, eyni zamanda Suriya məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Enerji sahəsindəki əməkdaşlıq məsələlərinə toxunan iki lider, Rusiya-Türkiyə arasındakı ikitərəfli ticarəti daha da möhkəmləndirəcək addımların atılmasının zəruri olduğu barədə razılığa gəliblər.

Görüşdə bu ayın sonunda keçiriləcək Astana görüşü də müzakirə olunub.

Rusiya Prezidenti Putin, görüş zamanı Prezident Ərdoğanın və onun simasında bütün Türk xalqının 29 Oktyabr Cümhuriyyət Bayramını da təbrik edib.

44 - Tezliklə