Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün ekspert qrupları yaradacaq

Region
  • 18 mart, 2025
  • 21:51
Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün ekspert qrupları yaradacaq

Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp telefon danışığında Rusiya – Ukrayna münaqişəsinin həlli istiqamətində səyləri, o cümlədən Amerika liderinin təkliflərini nəzərə almaqla davam etdirmək niyyətlərini təsdiqləyiblər.

“Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti söhbətdən sonra məlumat yayıb.

“Liderlər ikitərəfli qaydada, o cümlədən ABŞ Prezidentinin qeyd olunmuş təkliflərini nəzərə alaraq, Ukrayna münaqişəsinin nizamlanmasına nail olmaq üçün səyləri davam etdirmək niyyətlərini təsdiqləyiblər”, – məlumatda bildirilib.

Qeyd olunub ki, bu məqsədlə Rusiya və Amerika ekspert qrupları yaradılır.