Rusiya Ukraynaya aviazərbə endirib, 9-u uşaq olmaqla 31 nəfər yaralanıb

Region
  • 04 iyul, 2023
  • 12:57
Rusiya Ukraynaya aviazərbə endirib,  9-u uşaq olmaqla 31 nəfər yaralanıb

Ukraynanın Xarkov vilayətinin Pervomay şəhərində yaşayış binasına Rusiyanın aviazərbə endirməsi nəticəsində 9-u uşaq olmaqla 31 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “İnsayder” yayıb.

Bildirilib ki, yaralılardan biri 10, o biri 12 aylıq körpə olub.

Məlumata görə, aviazərbələr nəticəsində şəhərdə 8 çoxmərtəbəli binaya da ziyan dəyib.