Lavrov və Çavuşoğlu "3+3" formatının növbəti görüşü barədə razılığa gəliblər

Region
  • 06 yanvar, 2022
  • 11:39
Lavrov və Çavuşoğlu 3+3 formatının növbəti görüşü barədə razılığa gəliblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, S.Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu yaxın gələcəkdə "3+3" formatında növbəti görüşə hazırlaşmaq barədə razılığa gəliblər: "Onlar ilk belə görüşü müsbət qiymətləndiriblər. Növbəti görüşün keçirilməsi planlaşdırılıb”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Türkiyə və Rusiya XİN başçıları arasında telefon danışığı olub.

44 filmi