Rusiya Təhlükəsizlik Şurasının katibi: “Şimali Qafqazda vəziyyət gərgindir”
- 19 aprel, 2017
- 11:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 aprel. REPORT.AZ/ “Beynəlxalq terrorçular Şimali Qafqazda öz ideologiyalarının təbliğini və yeni döyüşçülərin ələ alınmasını artırır”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəısizlik Şurasının katibi Nikolay Patruşev Şimal Qafqazda vəziyyətə dair Stavropolda keçirdiyi səyyar müşavirədə bildirib.
“Quldur dəstələrinin fəallaşması, onların xaricdən maliyyələşməsi ciddi təhlükə doğurur”, - deyə N.Patruşev vurğulayıb.
Onun sözlərinə görə, Şimal Qafqaz bölgəsində vəziyyət gərgin olaraq qalır: “Terrorçuluq və ekstermist fəaliyyət istiqamətində cinayətlərin artması buna sübutdur”.
Qeyd edək ki, bir müddət əvvəl Nikolay Patruşev bildirmişdi ki, Suriya və İraqda Şimal Qafqazın təxminən 2,7 min sakini terrorçular tərəfdə döyüşür.