​Rusiya Suriyaya yardım aparan tırları bombalayıb, 7 nəfər ölüb - VİDEO - YENİLƏNİB

Region
  • 25 noyabr, 2015
  • 19:06
​Rusiya Suriyaya yardım aparan tırları bombalayıb, 7 nəfər ölüb - VİDEO - YENİLƏNİB

İlk xəbər 21:27-də dərc olunub

Bakı. 25 noyabr. REPORT.AZ/ Suriyanın Hələb əyalətinin qərbində yerləşən Azez rayonunda türkmənlərə yardım aparan yük maşınları havadan atəşə tutulub.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, nəticədə 20 yük maşını sıradan çıxıb.

Həmçinin bombardıman zamanı 7 sürücü həyatını itirib, 10 nəfər yaralanıb.

"Anadolu" yazır ki, yerli mənbələr yük maşınlarının Rusiya təyyarələri tərəfindən atəşə tutulduğunu qeyd edirlər.

​Rusiya Suriyaya yardım aparan tırları bombalayıb, 7 nəfər ölüb - VİDEO - YENİLƏNİB