Rusiya Silahlı Qüvvələrinin yüksək rütbəli zabitinə qarşı terrorun qarşısı alınıb
- 13 oktyabr, 2025
- 11:18

Rusiyada Müdafiə Nazirliyinin yüksək rütbəli zabitini öldürmək üçün əldəqayırma bomba partlayışı planlaşdıran dörd nəfər saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri İctimai Əlaqələr Mərkəzinə istinadən məlumat yayıb.
"Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanları ilə birgə "İslam Dövləti" beynəlxalq terror təşkilatının başçıları tərəfindən Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərindən birinə qarşı təşkil edilmiş təxribat-terror aktının qarşısını alıb", - məlumatda deyilir.
Moskvada reallaşdırılması planlaşdırılan cinayətin izlərini gizlətməkdə iştirak edən üç Rusiya vətəndaşı və terror aktının birbaşa icraçısı olan bir Mərkəzi Asiya ölkəsinin vətəndaşı saxlanılıb.
Məlumata görə, partlayıcı qurğular Ukrayna xüsusi xidmət orqanları tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Rusiya ərazisinə qeyri-qanuni yolla atılıb.