Rusiya prezidentinin xüsusi nümayəndəsi və XİN başçısının müavini Türkiyədə səfərdədir
Region
- 25 may, 2018
- 06:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 may. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putinin Suriya böhranı üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və ölkənin Xarici İşlər Nazirliyinin Orta Şərq və Şimali Afrika İdarəsinin müdiri Sergey Verşin Türkiyədə səfərdədirlər.
“Report” “Ulusal”a istinadən xəbər verir ki, rusiyalı diplomatlar Ankarada Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalınla görüşüblər.
Görüşdə tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər.
Bildirilib ki, A.Lavrentyev və S.Verşin Ankaradan əvvəl Suriyaya səfər ediblər və Dəməşqdə Bəşşar Əsədlə görüşüblər. Rusiyalı diplomatların Türkiyə hakimiyyətinə Bəşşar Əsədin mesajını çatdırdığı ehtimal olunur.
Son xəbərlər
11:00
Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
Biznes
10:57
Kim Çen In Çinin Dandun şəhərinə gəlib
Digər ölkələr
10:55
"Fly Central Asia": Bakı Mərkəzi Asiya ölkələri üçün əsas aviasiya qovşağına çevrilir
İnfrastruktur
10:46
Foto
Özbəkistan Mərkəzi Asiya irsinin qorunması üzrə layihələri BMT-də təqdim edib
Region
10:40
Azərbaycanda içki idxalına çəkilən xərclər 13 %-dən çox artıb
Biznes
10:34
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Hadisə
10:25
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - Faktiki hava
Ekologiya
10:21
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb
Energetika
10:16
Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb
Biznes