Rusiya Prezidenti: Tramp heyrətləndirməyi sevsə də, rahat həmsöhbətdir
- 02 oktyabr, 2025
- 23:05

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampı bəzən heyrətləndirməyi sevməsinə baxmayaraq, dinləməyi və eşitməyi bilən rahat həmsöhbət adlandırıb.
"Report"un məlumatına görə, bunu Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında avqustun 15-də Alyaskada ABŞ Prezidenti ilə görüşünü xatırladaraq deyib.
"Prezident Tramp və biz bir-birimizi çoxdan tanıyırıq. O, heyrətləndirməkdən bir az həzz alır. Bunu hamımız görürük, bütün dünyada hər kəs görür. Amma o, mahiyyətcə dinləməyi bilən insandır. Qəribədir, o, dinləyir, eşidir və cavab verir. Yəni, prinsipcə, rahat həmsöhbətdir", - o deyib.
Putin qeyd edib ki, o, Trampla Rusiya-Ukrayna müharibəsinin həlli imkanlarını müzakirə edib və Moskva-Vaşinqton münasibətlərinin gündəliyinə də toxunub. "Yenə də bu və ya digər şəkildə söhbət, hətta səthi də olsa, nəinki dalana dirənmiş, həm də zamanca ən aşağı səviyyədə olan Rusiya-Amerika münasibətlərinin bərpasından gedirdi", - Rusiya lideri bildirib.
Xatırladaq ki, Putin və Tramp avqustun 15-də Alyaskanın Ankoric şəhərində danışıqlar aparıblar. Liderlərin görüşü Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri bazasında olub. Prezidentlər arasında məhdud tərkibdə keçirilən danışıqlar iki saat 45 dəqiqə davam edib.