Rusiya ordusu Kupyanska raket zərbələri endirib, yaralılar var

Region
  • 09 may, 2023
  • 18:00
Rusiya ordusu Kupyanska raket zərbələri endirib, yaralılar var

Rusiya ordusu mayın 9-da axşam saatlarında Kupyanska raket zərbələri endirib, yaralılar var.

"Report" xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinegubov teleqramda məlumat yayıb.

Mülki infrastruktur obyektinə zərbə endirilib. Azı 5 fərdi yaşayış binasına ziyan dəyib.

Sinequbovun sözlərinə görə, zərbə nəticəsində üç nəfər - iki qadın və bir kişi yaralanıb.

Raket zərbələri Kupyanskdakı evlərdə yanğına da səbəb olub.