Rusiya ordusu Donetskə hücum edib, 1 mülki şəxs ölüb, 2-si yaralanıb

Region
  • 05 aprel, 2023
  • 10:11
Rusiya ordusu Donetskə hücum edib, 1 mülki şəxs ölüb, 2-si yaralanıb

Rusiya ordusu bu gün Ukraynanın Donetsk vilayətinin Bolşaya Novoselka kəndini atəşə tutub.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak teleqramda yazıb.

O bildirib ki, hücum tanklarla həyata keçirilib.

A.Yermakın sözlərinə görə, hücum nəticəsində 1 mülki şəxs ölüb, 2-si yaralanıb.