Rusiya MSK: Prezident seçkisində 23 nəfər iştirak etmək arzusunu bildirib

Region
  • 15 dekabr, 2017
  • 08:30
Rusiya MSK: Prezident seçkisində 23 nəfər iştirak etmək arzusunu bildirib

Bakı. 15 dekabr. REPORT.AZ/ "Bu ana qədər Rusiya prezidenti seçkisində iştirak etmək planını 23 nəfər açıqlayıb".

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Ella Pamfilova deyib.

Onun sözlərinə görə, namizədlərin sayı, çox güman, artacaq, amma bu o demək deyil ki, onların hamısı Mərkəzi Seçki Komissiyasına gələcək.

"Hazırda şərtlər heç vaxt olmadığı qədər asandır, çünki imza sayı əhəmiyyətli dərəcədə azaldılıb. Buna görə də, görünür, arzulayanların sayı çox olacaq", - o əlavə edib.