Rusiya Krivoy-Roq şəhərinə hücum edib, 10 nəfər ölüb, 28 nəfər yaralanıb - YENİLƏNİB
- 13 iyun, 2023
- 11:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Ukraynanın Krivoy Roq şəhərinə raket zərbələri endirməsi nəticəsində ölənlərn sayı 10-a çatıb.
“Report” xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti hərbi administrasiyasının başçısı Sergey Lısak bildirib.
Onun sözlərinə görə, 6 nəfərin meyiti özəl müəssisənin dağıntıları altından çıxarılıb, daha 1 nəfərin axtarışı isə davam edir: “Raket zərbəsinin beşmərtəbəli yaşayış binasına düşməsi nəticəsində isə daha 4 nəfər ölüb, 28 nəfər yaralanıb”.
Xatırladaq ki, iyunun 14-ü Krivoy Roqda matəm elan edilib.
09:17
Rusiya Silahlı Qüvvələri ötən gecə Ukraynanın Krivoy-Roq şəhərini atəşə tutub.
“Report”un xəbərinə görə, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.
O bildirib ki, beşmərtəbəli binaya hücum nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb. Xəsarət alanlardan 19-u xəstəxanadadır. 7 nəfər dağıntılar altında qalıb.
S.Lısakın sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri 3 qanadlı raketi məhv edib.