Rusiya idman nazirinin müavini vəzifəsindən azad olunub

Region
  • 24 oktyabr, 2016
  • 10:26
Rusiya idman nazirinin müavini vəzifəsindən azad olunub

Bakı. 24 oktyabr. REPORT.AZ/ Rusiya idman nazirinin müavini Yuri Naqornıx ölkə hökuməti başçısının sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Yuri Dmitriyeviç Naqornıx öz xahişi əsasında Rusiya Federasiyasının idman nazirinin müavini vəzifəsindən azad edilib. Bu barədə Dmitri Medvedev tərəfindən oktyabrın 20-də imzalanmış Rusiya hökumətinin sərəncamında deyilir" - Rusiya İdman Nazirliyindən bildiriblər.

44 - Tezliklə