Rusiya İraqa döyüş helikopterləri göndərib
Region
- 26 avqust, 2015
- 07:33
Bakı. 26 avqust. REPORT.AZ/ Rusiya İraqa "Mi-35M", "Mi-28HE" və "Noçnoy oxotnik" tipli döyüş helikopterləri göndərib.
"Report" xəbər verir ki, bu haqda "TASS" məlumat yayıb.
Məlumata görə, "An-124 Ruslan" tipli yük təyyarəsi ilə İraqa 4 "Mi-35" və 4 "Mi-28HE" tipli helikopterlər göndərilib. İndiyədək İraq bu tip 16 helikopter alıb.
Bir müddət öncə Bağdadın 2016-cı ilədək 43 döyüş helikopteri, 24 "Mi-35" və 19 "Mi-28HE" almaq istədiyi haqda məlumat yayılmışdı.
Qeyd edək ki, 2012-ci ildə Rusiya ilə İraq arasında hərbi məhsullara dair 4,2 milyard dollarlıq müqavilə imzalanıb. Mütəxəssislər hesab edirlər ki, rəsmi Bağdad hərbi aviasiya maşınları və uyğun qurğularına bir milyard dollardan artıq vəsait xərcləyəcək.
Son xəbərlər
23:21
Foto
Video
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
Futbol23:10
Məzlum Abdi Suriyada SDQ-nin tamamilə buraxıldığını bəyan edib
Digər ölkələr23:06
Sabah 9 rayonun bəzi ərazilərində işıq kəsiləcək
Energetika22:56
Abbas Əraqçi Pakistan və Qətər rəsmiləri ilə regiondakı son hadisələri müzakirə edib
Region22:37
FT: Blokadaya görə İranın 20 tankeri Şri-Lanka sahillərində qalıb
Digər ölkələr22:26
MKİ rəhbəri Moskvanı NATO ilə eskalasiyaya qarşı xəbərdar etmiş ola bilər - YENİLƏNİB
Digər ölkələr22:02
Foto
Salyanda iki avtomobil toqquşub, bir nəfər ölüb
Hadisə21:44
Ərdoğan: Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir
Region21:31