Rostov vilayətində daşqınlar səbəbi ilə 500-dən çox insan təxliyə edilib

Region
  • 27 noyabr, 2023
  • 13:36
Rostov vilayətində daşqınlar səbəbi ilə 500-dən çox insan təxliyə edilib

Xilasedicilər Rusiyanın Rostov vilayətində fəlakət zonasından 500-dən çox insanı təxliyə ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Regional Siyasət və Kütləvi Kommunikasiyalar Nazirliyi məlumat yayıb.

"Ümumilikdə, 500-dən çox insan, o cümlədən 120 uşaq daşqın zonasından təxliyə olunub. Onların bir qismi qohumlarının yanına, bəziləri isə müvəqqəti yerləşdirmə mərkəzlərinə yerləşdirilib”, - nazirlik region qubernatorunun müavini Sergey Bodryakovdan sitat gətirib.

Daha əvvəl regional hakimiyyət orqanları Rostov vilayətinin 100 minə yaxın sakininin işıqsız qaldığını bildirmişdi.

44 - Tezliklə