Rizvan Nəbiyev: Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini bütün Türk dünyası gözləyirdi
- 25 iyun, 2026
- 11:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini bütün Türk dünyası gözləyirdi.
"Report" xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Agentliyin tərəfdaşlığı ilə keçirilən II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqı ilə türkmanlar bir-birinə sadəcə diplomatiya ilə bağlı deyil: "Biz bu çərçivədə mədəni əlaqələrin qarşılıqlı münasibətlərə, dostluğa verdiyi töhfəni xüsusi qeyd edə bilərik".
Deputat Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi zaman bütün türk dünyasının sevindiyini vurğulayıb:
"Çünki Azərbaycanın zəfərini 30 il ərzində yalnız biz yox, bütün Türk dünyası gözləyirdi".
R.Nəbiyev gələcəkdə analoji tədbirlərin Bağdad, Kərkük və Hələbdə də keçirilməsini təklif edib:
"Biz istəyirik ki, İraqda, Suriyada da belə tədbirlər təşkil edək. Şəhər seçimi qardaşlarımızdan asılıdır. Bu, Bağdad, yaxud da Kərkük ola bilər".