Rəsmi açıqlama: Həsən Ruhani yenidən İran prezidenti seçilib
Region
- 20 may, 2017
- 10:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 may. REPORT.AZ/ İranın fəaliyyətdə olan hökumət başçısı Həsən Ruhani seçicilərin 23 milyon 549 min səsini qazanaraq, yenidən prezident seçilib.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam respublikasının daxili işlər naziri Əbdürrza Rəhmani-Fəzli rəsmi nəticələri elan edərkən bildirib.
“41 milyon 220 min səsvermə bülleteni sayılıb. Həsən Ruhani 23 milyon 549 min, yaxud səslərin 57 faizini, Seyid İbrahim Rəisi Sadat 15 milyon 786 min, yaxud səslərin 38,5 faizini toplayıb”, - deyə nazir bildirib.
Rəhmani- Fəzli əlavə edib ki, o biri iki namizəd - Mustafa Mirsəlim 478 min 215 və Mustafa Haşimi- Taba 215 min 450 səs toplayıb.
Qeyd edək ki, 56 milyon 410 min 234 seçici qeydə alınıb.
Son xəbərlər
11:34
Azərbaycanda gələn il qeyri-dövlət müəssisələri büdcədən 130 milyon manata yaxın subsidiya alacaq
Maliyyə
11:14
Məhəmməd Salah Misir millisinin tarixində ən çox qol vuran futbolçu olub
Futbol
11:01
Azərbaycanda daha 55 peşə və kvalifikasiya standartı hazırlanır
Daxili siyasət
11:00
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Hərbi
11:00
Azərbaycanın xalis maliyyə aktivləri 110 milyard manata çatıb
Maliyyə
10:59
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Daxili siyasət
10:51
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Energetika
10:51
İran Hörmüz boğazında 4 tankerin minaya düşərək partladığını bildirib - Yenilənib
Region
10:47
IMF bu il Gürcüstan iqtisadiyyatının 7,2 % artacağını proqnozlaşdırır
Maliyyə