Rəcəb Tayyib Ərdoğan Belarusa rəsmi səfər edəcək
Region
- 08 noyabr, 2016
- 10:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 noyabr. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Belarusa rəsmi səfər edəcək.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər zamanı Türkiyə prezidenti belaruslu həmkarı Aleksandr Lukaşenko ilə ikitərəfli görüş keçirəcək, regional məsələləri müzakirə edəcək.
Səfər zamanı iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə müxtəlif müqavilə və protokolların imzalanacağı gözlənilir. Bundan başqa, Türkiyə-Belarus ticarət forumu keçiriləcək.
R.T.Ərdoğanın Türkiyə Dəyanət İşləri Fondu tərəfindən tikdirilən Minsk məscidinin açılışnda iştirak edəcəyi də nəzərdə tutulub.
Son xəbərlər
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region