Qrossi İran ətrafında gərginliyin artmasının qarşısının alınmasına çağırış edib

Region
  • 02 mart, 2026
  • 13:03
Qrossi İran ətrafında gərginliyin artmasının qarşısının alınmasına çağırış edib

İranın nüvə proqramı ilə bağlı məsələnin uzunmüddətli həlli yalnız diplomatik yolla mümkündür.

"Report" xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi bildirib.

O, İran ətrafındakı münaqişənin bütün tərəflərini gərginliyin daha da artmasının qarşısını almaq üçün maksimum təmkinli olmağa çağırıb.

"Biz bütün hərbi əməliyyatlarda maksimum təmkinliliyə çağırırıq. İranın nüvə tənzimləyici orqanları ilə əlaqə saxlamaq cəhdləri davam edir, lakin hələlik cavab alınmayıb. Ümid edirik ki, bu həyati əhəmiyyətli rabitə kanalı mümkün qədər tez bərpa olunacaq", - o qeyd edib.

R.Qrossi vurğulayıb ki, İranın hər hansı nüvə obyektinin zədələnməsi və ya məqsədyönlü atəşə tutulması barədə hələ ki, məlumat yoxdur.