Qırğızıstanda növbədənkənar seçkilərin keçirilməsi müraciəti ilə bağlı 5 nəfər həbs edilib

Region
  • 13 fevral, 2026
  • 12:55
Qırğızıstanda növbədənkənar seçkilərin keçirilməsi müraciəti ilə bağlı 5 nəfər həbs edilib

Qırğızıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı müraciəti imzalayan beş nəfər aprelin 10-dək istintaq təcridxanasına yerləşdirilib.

"Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Bişkekin Pervomaysk rayon məhkəməsindən bildirilib.

Daha əvvəl onlar kütləvi iğtişaşların təşkilində şübhəli bilinərək saxlanılmışdılar.

DİN-in məlumatına görə, şübhəlilər növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə müraciətlər təşkil etməyə və əhali arasında yoxlanılmamış məlumatlar yaymağa cəhd ediblər. Prezident Sadır Japarova və Joqorqu Keneşin spikeri Nurlanbek Turqunbek uuluna ünvanlanan müraciəti 75 vətəndaş - alimlər, keçmiş baş nazirlər, sabiq deputatlar və ictimai xadimlər imzalayıb.

44 filmi