Qırğız Respublikasında koronavirusa yoluxanların sayı artdı

Region
  • 14 aprel, 2020
  • 05:45
Qırğız Respublikasında koronavirusa yoluxanların sayı artdı

“Aprelin 14-nə olan məlumata görə, respublikada koronavirusa 11 yeni yoluxma faktı qeydə alınıb”.

“Report” xəbər verir ki, bunu Qırğız Respublikasının Operativ Qərargahı açıqlayıb.

Beləliklə, ölkədə qeydə alınan koronavirus hallarıın sayı 430-a çatıb. Bunlardan 5 nəfər ölüb, 71 nəfər sağalıb, 11 nəfərin isə vəziyyəti ağırdır. İlkin məlumata görə, yoluxmuş şəxslər ümumilikdə 7 000-dən çox insanla təmasda olublar.

Qeyd edək ki, ölkədə martın 22-dən fövqəladə vəziyyət elan edilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 925 000-i ötüb. Bunların 447 984 nəfəri sağalıb, 119 718 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.