Qırğızıstan Ali Məhkəməsi: Sabiq prezidentin toxunulmazlığı konstitusiyaya ziddir

Region
  • 04 oktyabr, 2018
  • 07:36
Qırğızıstan Ali Məhkəməsi: Sabiq prezidentin toxunulmazlığı konstitusiyaya ziddir

Bakı. 4 oktyabr. REPORT.AZ/ Qırğız Respublikasının Konstitusiya Palatası "Prezidentin fəaliyyətinin təminatına dair" qanunun sabiq prezidentin toxunulmazlığı məsələsində bu ali qanuna zidd olduğunu təsdiqləyib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə müvafiq qərar respublikanın Ali Məhkəməsinin Konstitusiya Palatasının saytında dərc edilib.

Xatırladaq ki, daha əvvəl hüquqşünas Nurbek Toktakunov sabiq prezidentin toxunulmazlığının ləğv edilməməsi proseduru ilə əlaqədar "Prezidentin fəaliyyətinin təminatına dair" qanunun Konstitusiyaya uyğun gəlməməsi iddiası ilə Konstitusiya Palatasına müraciət edib.

Qırğız Respublikasının mövcud qanunvericiliyinə əsasən, keçmiş prezident tam hüquqi toxunulmazlığa malikdir, o, heç bir halda bundan məhrum edilə bilməz. Amma əvəzində hazırkı dövlət başçısı vəzifədən kənarlaşdırıla və məsuliyyətə cəlb oluna bilər.