Qırğız Respublikasında 5,9 maqnitudada zəlzələ olub

Region
  • 27 fevral, 2023
  • 12:07
Qırğız Respublikasında 5,9 maqnitudada zəlzələ olub

Qırğız Respublikasında 5,9 maqnitudada zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi təcrübə-metodik seysmoloji ekspedisiyası məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.

Vurğulanıb ki, zəlzələ Qırğızıstanla Çinin dövlət sərhədində 5,6 maqnuitudada olub.

Yeraltı təkanlar Qazaxıstanda da hiss olunub.