Qırğız prezidenti Kiprdə əmlakının olub-olmamasını yoxlatdırır

Region
  • 13 fevral, 2017
  • 09:53
Qırğız prezidenti Kiprdə əmlakının olub-olmamasını yoxlatdırır

Bakı. 13 fevral. REPORT.AZ/ Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Kiprin yunan hissəsində əmlakının olub-olmamasını yoxlamaq üçün ölkənin baş prokuroruna tapşırıq verib.

“Report” Qırğız Respublikası KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, Qırğız parlamentindəki “Ata Meken” Fraksiyasının lideri, deputat Omurbek Tekebayevin bir müddət əvvəl yerli KİV-də ölkə prezidenti Almazbek Atambeyevin Kiprdə mal-mülkünün olması barədə bəyanatı yayılmışdı. Deputatın bu sorğusuna cavab vermək üçün prezident Alamazbek Atambayev baş prokurora bunu yoxlayıb, ölkə ictimaiyyəti və dövlət başçısını məlumatlandırmağı tapşırıb.