Qələbə paradında Putinin yanında əyləşəcək veteranlar karantinə yerləşdirilib

Region
  • 18 iyun, 2020
  • 12:47
Qələbə paradında Putinin yanında əyləşəcək veteranlar karantinə yerləşdirilib

Rusiyanın paytaxtı Moskvada Qələbənin 75 illiyinə həsr olunan hərbi paradda iştirak edəcək İkinci Dünya müharibəsinin 80-ə yaxın veteranı karantinə yerləşdirilib.

“Report” xəbər verir ki, bunu “Bloomberg” nəşri yazıb.

Veteranların karantinə yerləşdirilməsinə səbəb onların iyunun 24-də keçiriləcək Qələbə paradında Rusiya prezidenti Vladimir Putinlə birgə tribunada əyləşəcəkləridir. Hökumət veteranların koronavirusa yoluxacaqlarından və dövlət başçısını da yoluxduracaqlarından ehtiyat edir. 

Veteranlar Moskvadan kənarda yerləşən bir kurortda təcrid olunublar. 

44 - Tezliklə