Qazaxıstanın yeni baş naziri təyin olunub

Region
  • 09 sentyabr, 2016
  • 13:07
Qazaxıstanın yeni baş naziri təyin olunub

Bakı. 9 sentyabr. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bakıtjan Saqintayevi baş nazir vəzifəsinə təyin edib. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında dərc olunmuş fərmanda deyilir. 

Sentyabrın 8-də N.Nazarbayev respublika hökumətində dəyişikliklər edib. Nazirlər Kabinetinin rəhbəri Kərim Məsimov vəzifəsindən azad olunub və Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edilib.