Qazaxıstanda Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi yaradılıb
Region
- 18 sentyabr, 2025
- 19:24

Qazaxıstanda Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə çevrilib.
"Report"un Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, müvafiq sərəncamı Prezident Kasım-Jomart Tokayev imzalayıb.
Hökumətə dövlət orqanlarında və onların tabeliyində olan təşkilatlarda (Prezident Administrasiyası ilə razılaşdırmaqla) ştat cədvəlinin yenidən bölüşdürülməsini təmin etmək və fərmanın icrası ilə bağlı digər tədbirlər görmək tapşırılıb.
Keçirilən funksiya və səlahiyyətlərə uyğun olaraq Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi və Elm və Ali Təhsil Nazirliyi Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinin hüquq və öhdəliklərinin hüquqi varisləri kimi müəyyən edilib.
Son xəbərlər
21:43
Ceyhun Bayramov AK-nın genişlənmə üzrə komissarı ilə görüşüb
Digər21:33
Foto
Vyanada Üzeyir Hacıbəylinin 140 illiyi və Milli Musiqi Günü qeyd olunub
Mədəniyyət siyasəti21:28
Foto
Fransada etirazlar davam edir, saxlanılanların və xəsarət alanların sayı artır - FOTOREPORTAJ
Digər ölkələr21:20
BMT-nin İrana qarşı sanksiyaları ay sonuna qədər yenidən tətbiq olunacaq
Region21:07
Moskvada bomba təhlükəsi səbəbindən ticarət mərkəzindən 400 nəfər təxliyə olunub
Region21:07
Qəzza zolağında zabit məktəbinin komandiri və dörd kursantı həlak olub
Digər ölkələr20:42
Fransada 180-dən çox etirazçı həbs edilib - YENİLƏNİB-8
Digər ölkələr20:38
Orta Dəhliz ölkələrinə terminalların tikintisinə və idarə olunmasına birgə sərmayə qoymaq təklif edilir
İnfrastruktur20:31
Foto