Qazaxıstanda koronavirusdan ölənlərin sayı artdı

Region
  • 15 aprel, 2020
  • 13:46
Qazaxıstanda koronavirusdan ölənlərin sayı artdı

Mərkəzi Asiya ölkəsi Qazaxıstanda koronavirus qurbanlarının sayı 16-ya çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bildirilib ki, ölkədə indiyədək qeydə alınmış yoluxmaların sayı 1 290-dır. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 023 000-i ötüb. Bunların 492 322 nəfəri sağalıb, 128 890 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.