Qazaxıstanda aviabazada qəza olub, ölən və yaralanan var

Region
  • 15 avqust, 2023
  • 11:47
Qazaxıstanda aviabazada qəza olub, ölən və yaralanan var

Qazaxıstanın Taldıkorqan şəhərində aviabazada döyüş təyyarəsi uçuşa hazırlanan zaman qəza baş verib.

"Report" Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Taldıkorqan aviabazasında döyüş təyyarəsi uçuşa hazırlaşarkən döyüş sursatı yerə düşüb. Nəticədə 2 hərbçi yaralanıb, onlardan biri aldığı xəsarətlərdən ölüb, digərinə isə lazımi tibbi yardım göstərilir", - məlumatda qeyd edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.