Qazaxıstanda ağır yol qəzasında aralarında uşaqlar da olmaqla 8 nəfər ölüb
Region
- 18 iyul, 2022
- 04:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstanda iki avtomobilin toqquşması nəticəsində aralarında ikisi uşaq olmaqla, səkkiz nəfər ölüb.
"Report" bu barədə "Moy qorod" nəşrinə istinadən xəbər verir.
Qəza gecə saatlarında Uralda dolanbac yolda baş verib. "Nissan" markalı avtomobil beş böyük və iki uşağın olduğu "Lada" ilə toqquşub.
Ural Polis İdarəsinin rəis müavini Konstantin Nedopyokin bildirib ki, “Nissan” avtomobil ötmə zamanı qarşıdan gələn zolağa çıxıb və “Lada” ilə toqquşub. Xəsarət alan 5 nəfər hadisə yerində ölüb, “Nissan”ın sürücüsü və 10 və 13 yaşlı iki uşaq xəstəxanaya yerləşdirilsə də, onların həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşları hadisə yerində qəzanın səbəblərini və başvermə şəraitini müəyyənləşdirir.
Son xəbərlər
01:45
İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Futbol
01:06
Video
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
Futbol
00:37
"Al-Arabiya": İran ABŞ-yə blokadanın ləğvi müqabilində Hörmüz boğazını açmağı təklif edib
Region
00:14
Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib
Hadisə
00:04
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət
23:41
"Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır
Digər ölkələr
23:26
Foto
Məzahir Pənahov Belqradda Serbiyanın Seçki Komissiyasının sədri ilə görüşüb
Xarici siyasət
23:20
İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub
Digər ölkələr
22:55
"Çelsi" öz meydanında "Tottenhem"ə uduzub
Futbol