Qazaxıstan XİN: "İbrahim sazişləri"nə qoşulmaq ölkənin maraqlarına uyğundur

Region
  • 07 noyabr, 2025
  • 17:44
Qazaxıstan XİN: İbrahim sazişlərinə qoşulmaq ölkənin maraqlarına uyğundur

Qazaxıstanın "İbrahim sazişləri"nə qoşulmaq qərarı ölkənin maraqlarına və balanslaşdırılmış, sülhsevər xarici siyasətin xarakterinə uyğundur.

"Report" Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə XİN-in məlumatında deyilir.

Qeyd olunur ki, Qazaxıstan bundan sonra da beynəlxalq hüquq normaları, BMT-nin müvafiq qətnamələri və "iki xalq üçün iki dövlət" prinsipi əsasında Yaxın Şərq münaqişəsinin nizamlanmasını ardıcıl olaraq dəstəkləyəcək.

İsrail və ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan "İbrahim sazişləri" 2020-2021-ci illərdə imzalanıb. BƏƏ, Bəhreyn və Mərakeş bu sazişlərə qoşulub.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ lideri Donald Trampla görüşü zamanı ölkənin həmin sazişlərə qoşulmaq niyyətində olduğunu bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti