Qazaxıstan Ukrayna və ABŞ vətəndaşlarını qumar biznesi təşkil etdiklərinə görə axtarışa verib
- 02 fevral, 2026
- 09:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyi ölkədə qeyri-qanuni qumar biznesini təşkil etməkdə şübhəli bilinən iki xarici vətəndaşı axtarışa verib.
"Report" xəbər verir ki, bu barədə Agentliyin məlumatında bildirilib.
İstintaqla müəyyən edilib ki, "PIN-UP" və "PINCO" brendləri altında onlayn-kazino fəaliyyəti xaricdən əlaqəli şirkətlər şəbəkəsi vasitəsilə hərəkət edən qrup tərəfindən təşkil edilib.
"İki xarici vətəndaş - ABŞ və Ukrayna vətəndaşları koordinator olublar, onlar köməkçiləri seçib, ödəniş təşkilatları və ikinci dərəcəli bankların nümayəndələri ilə əməkdaşlıq ediblər. Onlayn-kazino müştərilərindən əldə edilən vəsaitlər tranzit hesablarda toplanıb və daha sonra əlaqəli şirkətlərin köməyi ilə kriptovalyutaya çevrilib", - agentlikdən bildirilib.
Məhkəmə onların barəsində həbs-qəti imkan tədbiri (qiyabi) seçib.