Qalibaf İranın raket qurğularının "320 %-nin məhv olunduğu" barədə bəyanatları təkzib edib
- 19 mart, 2026
- 19:29
Yeniliklərdən dərhal xəbərdar olun!
İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf İsrail və ABŞ hərbçilərinin İranın raket buraxılış məntəqələrinin guya "320 %-nin məhv olunduğu" barədə bəyanatlarını şərh edib.
"Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
"Bununla belə, İran yüksək intensivliklə raketlər buraxmağa davam edir. İndi düşmən onların 500 %-ə qədərini məhv etməyə çalışır! ABŞ silahlı qüvvələri üçün unikal nailiyyətdir!", - o yazıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb, bunun nəticəsində İranın ali lideri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər ölüb. Buna cavab olaraq İran İsrailə, eləcə də ABŞ və onun müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi ölkələrdəki - Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdəki obyektlərə zərbələr endirir.