"Qalatasaray"ın keçmiş futbolçusu narkotik alverinə görə həbs edilib
Region
- 16 yanvar, 2026
- 23:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyədə məşhur şəxslərə qarşı başladılan narkotik araşdırması çərçivəsində saxlanılan keçmiş futbolçu Ümit Karan həbs edilib.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, aralarında "Qalatasaray"ın keçmiş futbolçusu Ümit Karan, DJ Merve Sanay və fenomen Deniz Berk Cengizin də olduğu 18 şübhəli şəxs yanvarın 15-də saxlanılıb.
Bir gün sonra, səhər saatlarında keçirilən əməliyyatda aktrisa Çağla Boz, aktrisa Melis Sabah, Emre Yalçın, Ahmet Şaşmaz və Nazlıcan Taşkın da polis idarəsinə aparılıb.
Polisin prosedurlarından sonra 23 şübhəli şəxs İstanbul Məhkəməsinə göndərilib. Ümit Karan "narkotik və ya stimulyator maddə alveri" ittihamı ilə həbs edilib.
Son xəbərlər
07:26
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ər-Riyad üzərində PUA-nı vurub
Digər ölkələr
06:45
"İnter Mayami" MLS-də "Nyu-York Red Bulls"a məğlub olub
Futbol
06:07
Tramp: "Audi" ABŞ avtomobil zavodunun tikintisinə 4,2 milyard dollar investisiya yatıracaq
Digər ölkələr
06:03
İran ABŞ gəmilərinin Fars körfəzinə girməsinə icazə verməyəcəyini bildirib
Region
05:38
Yaponiya sahillərində güclü zəlzələ olub
Digər ölkələr
05:09
ABŞ-nin müttəfiqləri "Starlink" peyk şəbəkəsindən asılılığı azaltmaq niyyətindədirlər
İKT
04:47
Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb
Region
04:30
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər
Sağlamlıq
03:52
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
Region