​Putinin iqamətgahında informasiya sızmasının qarşısının alınması üçün tədbirlər gücləndirilib

Region
  • 27 noyabr, 2015
  • 10:35
​Putinin iqamətgahında informasiya sızmasının qarşısının alınması üçün tədbirlər gücləndirilib

Bakı. 27 noyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinin Novo-Oqaryovdakı iqamətgahında informasiya sızmasının qarşısının alınması ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiqləyib.

"Arzu edilməyən informasiya sızmasının qarşısının alınması, məxfilik rejiminin təmin edilməsi üçün tədbirlər görülür", - D.Peskov vurğulayıb.

44 filmi