Putin və Ərdoğan Türkiyəyə "S-400"ün tədarükünü müzakirə edib

Region
  • 15 mart, 2017
  • 01:57
Putin və Ərdoğan Türkiyəyə S-400ün tədarükünü müzakirə edib

Bakı. 15 mart. REPORT.AZ/ Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan martın 10-da Kremldə keçirilən görüş zamanı rus silahlarının tədarükü mövzusuna da toxunublar.

"Report" "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, burada söhbət "S-400" havadan müdafiə sistemlərinin tədarükü barədə müqavilədən gedir.

Hazırda Türkiyə tərəfi öz imkanlarını qiymətləndirir, Rusiya bu məsələdə ona yardım etməyə hazırdır.

"Tərəflər maraqlıdırlar və danışıqları davam etdirəcəklər", - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vəziyyəti şərh edib.