Putin: Rusiya yeni silah yarışmasında maraqlı deyil

Region
  • 16 yanvar, 2019
  • 00:56
Putin: Rusiya yeni silah yarışmasında maraqlı deyil

Bakı. 16 yanvar. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva məsuliyyətli və sağlamfikirli ölkə kimi, yeni silah yarışmasında maraqlı deyil.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu səfər öncəsi Serbiya mətbuatına açıqlamasında deyib.

"Əlbəttə ki, biz təhlükəsizliyimiz üçün birbaşa təhlükə yaradan Amerika raketlərinin yerləşdirilməsinə göz yummaq fikrində deyilik. Biz səmərəli cavab tədbirləri görməyə məcburuq. Ancaq Rusiya, məsuliyyətli və sağlamdüşüncəli bir ölkə olaraq, yeni bir silah yarışında maraqlı deyil", - deyə o bildirib.