Putin: Rusiya Xəzərin dayazlaşmasının kəskin problemlərdən biri olması fikrini bölüşür
- 09 oktyabr, 2026
- 15:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Xəzər dənizinin dayazlaşmasının ən kəskin problemlərdən biri olması fikrini bölüşür.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda keçirilən Xəzər Ekoloji Sammitində bildirib.
"Çıxış edən həmkarların hazırda ən kəskin problemlərdən birinin Xəzər dənizinin dayazlaşmasının olması fikrini bölüşürük. Qiymətləndirmələrimizə görə, son 20 ildə Xəzərin sahil xəttinin yalnız Rusiya hissəsində quruyan sahə 20 min kv. km təşkil edir", - o bildirib və izah edib ki, ekspertlərin apardıqları tədqiqatlar Xəzərin dayazlaşmasının əsas səbəbinin iqlim dəyişikliyi olduğunu göstərir.
Onun sözlərinə görə, Rusiya gəmiçiliyi təmin etmək üçün hər il dibdərinləşdirmə işlərinə büdcədən böyük məbləğdə vəsait ayırmağa məcburdur.
"Dəniz səviyyəsinin dəyişməsinin indiki tempdə davam etməsi - bu isə bizdə olan məlumatlara görə, ildə orta hesabla mənfi doqquz santimetr təşkil edir, bir sıra ekoloji fəlakətlərə gətirib çıxara bilər", - Putin qeyd edib.