Putin MDB ölkələrinin liderlərini Sankt-Peterburqa qeyri-rəsmi sammitə dəvət edib

Region
  • 09 oktyabr, 2026
  • 11:34
Putin MDB ölkələrinin liderlərini Sankt-Peterburqa qeyri-rəsmi sammitə dəvət edib

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərini dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək ənənəvi Yeni ilqabağı qeyri-rəsmi sammitə dəvət edib.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə o, Türkmənistanda MDB ölkələri liderlərinin məhdud tərkibdə keçirilən görüşündə bildirib.

"Əziz dostlar, xoş bir ənənəyə uyğun olaraq, hamınızı dekabrın 21-də ənənəvi olaraq qeyri-rəsmi dostluq görüşünə toplaşdığımız Sankt-Peterburqa dəvət etmək istəyirəm", - Putin deyib.

44 filmi