Putin: "İslam Rusiya həyat tərzinin ayrılmaz hissəsidir"
- 23 sentyabr, 2015
- 10:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 sentyabr. REPORT.AZ/ Moskva "Cümə" məscidi Avropanın ən böyük məscidi oldu və o, çoxmillətli ölkənin paytaxtına layiqdir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Moskvada məscidin açılış mərasimində bildirib.
Onun sözlərinə görə, Rusiyada əsrlər boyu tərəqqipərvər islam ənənələri inkişaf edib: "Bu gün İslam ölkəmizin həyat tərzinin ayrılmaz hissəsidir".
Putin Rusiyada sülh və əminamanlığın təşviqində dini liderlərin rolunu və onların dini ekstremizmə qarşı mübarizəsini də qeyd edib: "Hazırda İslamı təhrif edən İŞİD silahlı qruplaşması Rusiyada öz sıralarına tərəfdaşlar cəlb etməyə çalışdığı bir şəraitdə İslam fundamentalizminə qarşı mübarizə xüsusi önəm daşıyır".