Putin Ərdoğana başsağlığı verib

Region
  • 14 noyabr, 2022
  • 07:56
Putin Ərdoğana başsağlığı verib

Rusiya Prezidenti Vladimir Putin İstanbuldakı terror aktı ilə əlaqədər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

“Biz terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə türkiyəli tərəfdaşlarımızla ən yaxın əməkdaşlığa hazır olduğumuzu bir daha təsdiqləyirik”, - mətndə vurğulanıb.

Qeyd edək ki, noyabrın 13-də İstanbulda baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.