Putin, Ərdoğan və Ruhani Suriyadakı vəziyyəti müzakirə edəcəklər

Region
  • 30 iyun, 2020
  • 09:43
Putin, Ərdoğan və Ruhani Suriyadakı vəziyyəti müzakirə edəcəklər
Həsən Rühani, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan

İyulun 1-də Rusiya, Türkiyə və İran prezidentləri - Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani videokonfrans vasitəsilə Suriyadakı vəziyyətə dair zirvə görüşü keçirəcəklər.

"Report"un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

"Bəli, Kreml bu məlumatı təsdiqləyə bilər", - D.Peskov bildirib.