Putin ABŞ-ın sanksiya siyahısına münasibət bildirib: "İt hürər, karvan keçər"

Region
  • 30 yanvar, 2018
  • 12:30
Putin ABŞ-ın sanksiya siyahısına münasibət bildirib: İt hürər, karvan keçər

Bakı. 30 yanvar. REPORT.AZ/ "Rusiya daxili məsələlərlə məşğul olmalıdır. İt hürər, karvan keçər".

"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Qonaq Evində keçirdiyi görüşdə ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən hazırlanan və Konqresə təqdim olunan "Kreml siyahısı"na münasibət bildirərkən deyib.

O, Rusiya rəsmiləri və oliqarxlarını bu siyahıya əhəmiyyət verməməyə çağırıb: "Biz belə şeyləri yox, özümüzü, iqtisadiyyat və kənd təsərrüfatımızı, səhiyyəmizi, müdafiə qabiliyyətimizi düşünməliyik".

V.Putin özünün adının "Kreml siyahısı"na düşməməsinə zarafatla münasibət bildirib: "Bu çox üzücüdür".

Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyinin Konqersə təqdim etdiyi “Kreml məruzəsi”ndə Rusiyanın 114 yüksək vəzifəli məmurunun, dövlət şirkəti rəhbərlərinin və 96 oliqarxın adı var.

44 filmi