Prezident: “Türkiyə özünün aviadaşıyıcı kreyserini tikəcək”

Region
  • 03 iyul, 2017
  • 11:37
Prezident: “Türkiyə özünün aviadaşıyıcı kreyserini tikəcək”

Bakı. 3 iyul. REPORT.AZ/ Türkiyə özünün aviadaşıyıcı kreyserini tikəcək.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Kınalıada” sualtı qayığının suya buraxılması mərasimindəki çıxışında bildirib.

“2023-cü ilədək Türkiyənin hərbi sənayesi xarici şirkətlərdən asılılığı azaltmalıdır. Biz öz aviadaşyıcımızı da inşa etməliyik. Biz gəmi tikintisində liderlərdən biri olmalıyıq. Artıq öz aviadaşıyıcımızın olması arzusunun reallaşacağı tarix uzaqda deyil”, -  Türkiyə prezidenti vurğulayıb.

“Kınalıada” hərbi gəminin tikintisinə “MİLGEM” layihəsi çərçivəsində başlanılıb. “MİLGEM” proqramının icrasına 1996-ci ildə başlanılıb. Maliyyə çatışmazlığı ucbatından onun reallaşmasında fasilələr olub. Sualtı qayığın ilk nümunəsinin istehsalına 2008-ci il oktyabrın 2-dən “Xeybeliada” gəmisi ilə başlanılıb.

“Türkiyə artıq 14 hərbi gəmi layihəsini gerçəkləşdirib. Növbədə daha 10 gəmi layihəsi var”, - R.T.Ərdoğan bildirib. 

44 - Tezliklə