Postsovet məkanında koronavirusdan ölənlərin sayı artdı

Region
  • 18 mart, 2020
  • 10:00
Postsovet məkanında koronavirusdan ölənlərin sayı artdı

Moldovada koronavirusa yoluxmuş şəxs ölüb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bundan əvvəl postsovet məkanında koronavirusdan ölüm hadisəsi Ukraynada qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 167 ölkə və bölgədə qeydə alınıb. 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 200 099-ə çatıb. Bunların 82 815 nəfəri sağalıb, 8 010 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

44 - Tezliklə