Pezeşkian sentyabrın 23-də ABŞ-yə gedəcək
Region
- 21 sentyabr, 2025
- 17:13
İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 80-cı sessiyasında iştirak etmək üçün sentyabrın 23-də Nyu-Yorka uçacaq.
"Report"un məlumatına görə, bu barədə İslam Respublikasının Prezidenti administrasiyasının siyasi məsələlər üzrə müavini Mehdi Sanayi bildirib.
"Prezident 23 sentyabr, çərşənbə axşamı Nyu-Yorka yola düşəcək və çərşənbə günü səhər Birləşmiş Millətlər Təşkilatında çıxış edəcək", - o, "X" sosial şəbəkəsində yazıb.
Sanayinin sözlərinə görə, Pezeşkianın digər dövlət başçıları və BMT-nin Baş katibi Antoniu Quterreş ilə görüşləri də planlaşdırılır.
BMT Baş Assambleyası sessiyasında yüksək səviyyəli həftə çərçivəsində ümumi siyasi müzakirələr 23-27 sentyabr, həmçinin 29 sentyabr tarixlərində keçiriləcək.
Son xəbərlər
11:29
Foto
AEM vətəndaşları aldatmağa yönəlmiş saxta məlumatlar barədə xəbərdarlıq yayıb
Sağlamlıq11:26
İtaliyada avtoqəzada 6 nəfər ölüb, 34 nəfər yaralanıb
Digər ölkələr11:16
Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb
Hadisə11:14
Vladimir vilayətində "Wildberries" anbarına PUA hücumu zamanı üç nəfər yaralanıb - YENİLƏNİB-2
Region11:13
Foto
Azərbaycanlı tələbəmizdən rekord uğur - 13 ölkə, 32 universitet və 9 təqaüd
Biznes11:11
DSMF: 7 ayda sosial şəbəkələrdə 12 minə yaxın vətəndaş müraciəti cavablandırılıb
Maliyyə11:04
"Sevilya" "Real"ın qapıçısı Fransisko Xavyer Qonsales Peresi transfer edib
Futbol10:58
Avropada meşə yanğınlarından dəyən zərər artıq 3 milyard avronu ötüb
Digər ölkələr10:50