Pezeşkian dəstək aksiyasına qatılanlara təşəkkür edib
Region
- 13 yanvar, 2026
- 00:14
İran xalqının mitinqi terrorçulara qarşı milli gücün nümayişidir.
"Report" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Pezeşkian dəstəyə görə İran xalqına təşəkkür edib. "Belə xalqın nümayəndəsi olmaqdan qürur duyuram, çünki bəzi güclərin hiylələri puç oldu" , - o bildirib.
Xatırladaq ki, İranda etirazlar 2025-ci il dekabrın sonunda yerli valyutanın - rialın devalvasiyasına görə başlayıb. İlkin olaraq əsas mövzu mübadilə məzənnəsinin kəskin dəyişməsi və bunun topdansatış və pərakəndə qiymətlərə təsiri idi, lakin sonradan ölkənin bir sıra şəhərlərindəki etiraz aksiyaları polislə toqquşmalara çevrilib. Həm təhlükəsizlik qüvvələrinin əməkdaşları, həm də iğtişaşlarda iştirak edənlər arasında ölənlər və xəsarət alanlar var.
Son xəbərlər
03:45
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
Digər ölkələr03:22
Vuçiç: Serbiyada ehtiyatlardan on minlərlə ton neft çıxarılacaq
Digər ölkələr02:48
Tramp Almaniyadakı ABŞ hərbi kontingentini azaltmağı düşünür
Digər ölkələr02:05
Serbiyada Ərdoğanın planlaşdırılan səfəri ilə bağlı komitə yaradılıb
Digər ölkələr01:36
Adanada leysan yağışları daşqına səbəb olub, ölən var
Region01:07
Serbiya XİN: İsraillə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib
Digər ölkələr00:58
UEFA Çempionlar Liqası: "Atletiko" "Arsenal" ilə heç-heçə edib
Futbol00:42
Pentaqon Yaxın Şərqdəki "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisini geri çağırır
Digər ölkələr00:11