Kreml Krım körpüsü yaxınlığındakı partlayışı təsdiqləyib
- 04 iyun, 2025
- 15:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Kreml Krım körpüsü yaxınlığında partlayış faktını təsdiqləyib.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Partlayış həqiqətən baş verib, lakin heç nə zədələnməyib, körpü işləyir", - o qeyd edib.
Peskov ehtiyat tədbirlərinin görüldüyünü diqqətə çatdırıb.
O, həmçinin deyib ki, Rusiyanın hərbi aerodromlarına dron hücumlarının araşdırılması üçün bütün lazımi tədbirlər görüləcək.
Rusiyanın Qazaxıstana müraciət edərək partlayışda şübhəli bilinən Artyom Timofeyevin ekstradisiyasını tələb etmək niyyətində olub-olmadığı barədə sualını şərh edən Peskov bütün lazımi addımların atılacağını deyib.
"Bu, daha çox baş verənləri araşdıran xüsusi xidmət orqanlarımızın cavablandıracağı sualdır", - o bildirib.